Saakaşvilinin partiyası güclənir - Sorğu

Saakaşvilinin partiyası güclənir - Sorğu

Gürcü Arzusunu dəstəkləyənlərin sayı əhalinin 32%-ni təşkil edir.

Axar.az xəbər verir ki, bu nəticə İPSOS şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Respondentlərin 23%-i isə sabah seçki olarsa, Vahid Milli Hərəkat Partiyasına səs verəcəklərini bildiriblər.

Sonrakı yerlərdə Georgi Qaxariyanın Gürcüstan üçün Partiyası (8%), Qirçi – Daha çox azadlıq Partiyası (5%), Avropa Gürcüstanı Partiyası (3%), Leyboristlər Partiyası (3%), Vətənpərvərlər Alyansı Partiyası (3%), Lelo Partiyası (2%), Aqmaşenebeli Strategiyası Partiyası (2%) və digərləri yer alıb.

Mənbə: axar.az