Aİ rəsmisi: “Şərq tərəfdaşlığı” sammitində yeni gündəlik razılaşdırılacaq”

Aİ rəsmisi: “Şərq tərəfdaşlığı” sammitində yeni gündəlik razılaşdırılacaq”

“Şərq tərəfdaşlığı”nın əsas aspekti yalnız Avropa İttifaqı və tərəfdaş ölkələr arasında deyil, həmçinin ölkələrin öz aralarında da əlaqaələrin qurulmasından ibarətdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstan, Ukrayna və Modovanın xarici işlər nazirləri ilə birgə Brüsseldə keçirdiyi brifinqdə deyib.

O, üç ölkənin Aİ-yə daha yaxınlaşması səylərini alqışladığını bildirib.

Ali nümayəndənin sözlərinə görə, bu il “Şərq tərəfdaşlığı” üçün önəmli ildir: “Biz Avropa Komisiyası ilə birgə 2020-ci ilə yekun vuracağıq və konkret hədəflər müəyyən edəcəyik. Dekabrda keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində yeni gündəliyi və gələcək üçün ümumi baxışları müəyyən etmək imkanımız olacaq”.

J.Borrel Aİ və “Şərq tərəfdaşlığı” ölkələri arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

Mənbə: report.az