İlham Əliyev bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncamla Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5800-dən çox hərbi qulluqçu təltif edilib.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Moskvada ilk dəfə keçirilən "Jara"da nələr baş verdi? - FOTOlar

SONRAKI XƏBƏR

Aİ rəsmisi: “Şərq tərəfdaşlığı” sammitində yeni gündəlik razılaşdırılacaq”