Pentaqon yeni müharibələrə hazırlaşır

Pentaqon yeni müharibələrə hazırlaşır

ABŞ-ın müdafiə büdcəsi ilə bağlı təkliflər hazırlanarkən yeni müharibələr ehtimalı nəzərə alınıb.

“İnterfaks” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrin işləri üzrə komitəsində çıxışı zamanı deyib.

“Müdafiə Nazirliyi rəqiblərimizlə ayaqlaşmağa hazır olmalıdır. Lazım gələrsə, mübarizə aparmalı və növbəti müharibəni udmalıdır. Bu isə son müharibə olmayacaq”, - deyə Pentaqon rəhbəri bildirib.

Mənbə: www.oxu.az