Zəfər tarixini yazan dəmir yumruq - VİDEO

Zəfər tarixini yazan dəmir yumruq - VİDEO

1994-cü il atəşkəs imzalanandan sonra Azərbaycanın ordu quruculuğunun bir məqsədi var idi - işğal altında olan əraziləri azad etmək. Müharibədən yeni çıxan ordunun yenidən qurulması elədə asan başa gələn iş deyildi. Ölkədə siyasi vəziyyəti stabilləşdirmək, vahid komandanlığı təmin etmək, silahli qüvvələrin problemlərinin həlli və hər tərəfli təminati.

Bütün bu işlərin arxasında vəsait və işə peşəkar yanaşma dururdu. İllər keçir, ordu quruculuğu tədricən həyata keçirilirdi. Ölkənin iqtisadi potensialının yüksəlməsi özünü silahlı qüvvələrin quruculuğundada göstərməyə başladı.

2000-ci illər ordunun həyatında artıq yeni bir era idi. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət yetirməsi, bir sira dövlətlərlə hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi, zabitlərimizin dost ölkələrin ali hərbi məktəblərində hazırlanması, maddi-texniki təminatin ildən-ilə yaxşılaşdırılması silahlı qüvvələrin inkişafında özünü aşkar göstərirdi. 2008-ci ildə keçirilən hərbi parad 1994-cü il atəşkəsindən sonra ilk dəfə idi ki, ordunun gücünü göstərirdi. Keçirilən bu paraddan sonra ordunun gücünə inam sürətlə artmağa başladı.

2011, 2013, 2018-ci illərdə keçirilən hərbi paradlar həmdə bir növ hesabat xarakteri daşıyırdı. Hər il keçirilən irimiqyaslı hərbi təlimlərin də hədəfi bir idi - ordu qarşısına qoyulan tapşırığı gec, ya tez həyata keçirməli idi.

Bunun üçün ordunun hər an döyüşə hazır olması mütləq şərtlərdən biri idi. Hiss olunurdu ki, ordu böyük müharibəyə hazırlaşır. Bir sıra ölkələrdən alınan müasir silah və texnika, eləcədə təlimlərin müxtəlifliyi belə deməyə əsas verirdi. Getdikcə aydınlaşırdı ki, torpaqlarımızı işğal etmiş düşmən ordumuzla üzləşəcək.

Ordumuzun bunun üçün bütün göstəriciləri var idi - dünya orduları reytinqində ilk 50-də yer almaq, peşəkar şəxsi heyət, müasir silah və texnika, torpaqlari işğaldan azad etmək istəyi. Aprel döyüşləri Qarabağın işğaldan azad edilməsinə dair ilk ciddi siqnal idi. 4 günlük müharibədə ordumuz düşmənin gözləmədiyi taktika və silahlarla sarsıdıcı zərbələr endirdi.

Bu, ordumuzun illər boyu yığdığı təcrübə və bacarığın nəticəsi idi. Tovuz döyüşləri isə Vətən müharibəsi öncəsi son sınaq idi. 27 sentyabr 2020-ci il başlanan hərbi əməliyyatlar ordunun əsl gücünü göstərdi. Ali Baş Komandan ordu və millətin güc və birliyinə inanırdı.

44 gün ərzində Ali Baş Komandanın iradəsi, ordunun gücü, mülkilərin silahlı qüvvələrə hər tərəfli dəstəyi ərazilərin düşməndən tam təmizlənməsi ilə nəticələndi. Silahlı qüvvələr peşəkarlıq, yüksək texnologiyalara və döyüş qabiliyyətinə arxalanaraq 30 illik problemi 44 günə həll etdi.

Azərbaycan Silahlı Qüvvələri bir daha sübut etdi ki, qarşısına qoyulan istənilən əmri yerinə yetirmək iqtidarındadır. Ali Baş Komandan-ordu-xalq üçlüyünün dəmir yumruğu bu bacarığın əsas sübutudur.

REAL

 

Mənbə: www.realtv.az