Havasız avtobuslar və "virus" dərdi - Problem nə zaman həll olunacaq? - BNA-dan AÇIQLAMA

Havasız avtobuslar və "virus" dərdi - Problem nə zaman həll olunacaq? - BNA-dan AÇIQLAMA

Metro bir ilə yaxın işləmədikdən sonra fəaliyyətini bərpa edib. Fəaliyyətə başladığı zamandan da görürük ki, metronun havalandırma sistemi, təmizliyi yaxşıdır. Bu, çox gözəl haldır. Lakin keçək avtobuslara. Burada hər gün eşitdiyimiz "pəncərəni açın", "kondisioneri qoşun", "havalandırma işləmir?" və "maskanı tax" ifadələrinə. Yəqin ki, "maskanı tax" demək üçün ondan əvvəl gələn problemləri aradan qaldırmaq lazımdır. Üsyana qalxıb açıq havada maskanı ləğv etdik ki, nəfəs alaq. Yayda avtobuslarda insan maskasız da nəfəs ala bilmir. İndi isə kondisioneri, havalandırma sistemləri işləməyən avtobuslarda bizi maska taxmağa məcbur edən virusumuz var. İnsanlar virusa yoluxmasın deyə maska taxır, amma havasız nəqliyyat vasitələrində boğulurlar.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, köhnə avtobuslarda kondisioner və havalandırma sistemi yoxdur:

"Ümumilikdə o avtobuslar sərnişindaşıma üçün uyğun deyil. Bu köhnə avtobuslar daha çox ətraf kənd və qəsəbələrə işləyir. Onların yenilənməsi üçün avtobuslar alınıb, yaxın zamanlarda əvəzlənəcək. Prezident sərəncamına görə, bütün avtobuslar yeniləriylə əvəz edilməlidir. Təbii ki, köhnə avtobusları birdən-birə dövriyyədən çıxarmaq olmaz. Amma bir şeyi də qeyd etmək istəyirəm ki, daşıyıcı şirkətlərə dövlət tərəfindən bütün şəraitlər yaradılsa da, onlar yeni avtobusların gətirilməsində maraqlı deyil. İnsanların gördüyü problemləri monitorinqlər zamanı biz də görürük. Yaxın zamanda bu problem öz həllini tapacaq".

Aytəkin Cəlali

 

 

 

 

 

Mənbə: sonxeber.az