Almaniyalı deputat Avropa Birliyini Türkiyə ilə danışıqları dayandırmağa çağırdı

Yaxınlaşacaq Avropa Birliyi liderlərinin zirvə görüşü ərəfəsində Almaniya Bundestaqının Azad Demokrat Partiyası sədrinin müavini Aleksand Lambsdorf Türkiyənin AB-yə qəbulu ilə bağlı danışıqları dayandırmağa çağırıb.

KONKRET.az yerli alman mediasına istinadən xəbər verir ki, Lambsdorf Türkiyə ilə nəticəsiz qoşulma danışıqlarına son qoymağın və bunun əvəzinə bu ölkə ilə münasibətlər üçün yeni baza qurmağın vacibliyindən danışıb:

 

“Türkiyənin təhlükəsizlik siyasəti sahəsində Avropa əməkdaşlığı çərçivəsində bu layihədə iştirak etmək üçün yeni müraciəti ölkənin gələcək qarşılıqlı təsir imkanlarını açıq-aydın göstərir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Qax Mineral Suları"nda partlayış olub, ölən var

SONRAKI XƏBƏR

Tarixin ən dəhşətli uşaq istismarı... - FOTOLAR