1-ci və 2-ci dozalarda fərqli vaksinlərdən istifadə etmək olar?- AÇIQLAMA

1-ci və 2-ci dozalarda fərqli vaksinlərdən istifadə etmək olar?- AÇIQLAMA

Hazırda Azərbaycanda ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb.

Bəs bir peyvəndin ilkin dozasını almış şəxsə ikinci doza kimi başqa bir peyvənd vurula bilərmi?

Son günlər ən çox tirajlanan və insanları narahat edən bu sualla bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:

"Vaksinlərin hər ikisi eyni firmadan olmalıdır. Çünki vaksinlərin quruluşu və strukturu, eləcə də hazırlanma mexanizmləri fərqlidir. Yəni enaktiv vaksinlər, canlı zəiflədilmiş vaksinlər, vektorlu vaksinlər və s olur. Ona görə də vaksinlərin hər ikisi eyni firmadan olamlıdır ki, onlar immun sisteminin reaksiyasını yaradanda problem yaşanmasın. Ümumiyyətlə, vaksinlər alınanda adətən bir nəfərə iki doza alınır".

 

 

Mənbə: sonxeber.az