Şəhid ailələri və qazilərlə görüş - VİDEO

Şəhid ailələri və qazilərlə görüş - VİDEO

Xaçmazda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilən tədbir keçirildi.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri və qazilər iştirak etdi. Tədbir iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.

Daha sonra Vətən müharibəsində şəhid olan xaçmazlı qəhrəmanların fotolarından ibarət sərgiyə baxış keçirildi. Tədbirdə çıxış edən Xaçmaz rayon Heydər Əlieyev Mərkəzinin direktoru Könül Əsgərova qeyd etdi ki, “Dəmir yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyi, dövlətimizin iqtisadi gücü, Ordumuzun rəşadəti və Müzəffər Ali Baş Komandanımızın polad iradəsi sayəsində, o cümlədən şəhidlərimizin, qazilərimizin Vətən torpağına çilənən müqəddəs qanları hesabına tarixi Qələbə qazandıq.

Təcavüzkar Ermənistan üzərində zəfər çalaraq əzəli torpaqlarımızı işğaldan azad etdik, respublikamızın ərazi bütövlüyünün bərpasına nail olduq. Məhz bunun sayəsində ilk dəfədir 26 İyun - Silahlı Qüvvələr Günü ölkəmizdə bayram ab-havası ilə qeyd edilir.

Tədbirdə iştirak edən qazi və şəhid ailələri bildirdilər ki, yüz il bundan öncə də Azərbaycan əsgəri Vətən torpaqlarını canı, qanı ilə qoruyurdu, bu gün də. Azərbaycan gəncinin döyüş ruhu, vətənpərvərlik hissi daim yüksəkdir. Şəhid ata-anaları başını dik tutaraq “Təki Vətən sağ olsun!” deyir. Qələbə qurbansız, Vətən şəhidsiz olmaz.

Sonda məktəblilər bədii kompazisiya ilə çıxış edərək şəhidlərə və vətənpərvərliyə aid müxtəlif seirlər səsləndirdilər. Qeyd edək ki, Vətən müharibəsində Xaçmaz rayonundan 50 nəfərə yaxın şəhid olub, 189 nəfər isə sağlamlığını itirib.

REAL

 

Mənbə: www.realtv.az