Yeni İsrail Baş naziri Fələstin siyasəti ilə bağlı açıqlama verildi

Yeni İsrail Baş naziri Fələstin siyasəti ilə bağlı açıqlama verildi

Eastnews.org-un verdiyi xəbərə görə, İsrailin baş naziri Naftali Benetin İordan çayının qərb sahilində ilhaq fəaliyyətinə başladığı bildirilib.

Benet hökuməti qanunsuz 31 yeni binanın inşasını təsdiqləyib.

"Yedioth Ahronoth"dakı xəbərə görə, Müdafiə Nazirliyinin Mülki İdarəetmə Yüksək Planlaşdırma Alt Komitəsi İordan çayının qərb sahilində inşa ediləcək 33 binadan 31-nin inşaat planını təsdiq edib.

Tikinti üçün təsdiqlənmiş binalar arasında bir ticarət mərkəzi və 2 sinaqoq da var.

Netanyahunun keçmiş sağ əli olan Naftali Benet İsraildəki koalisiya hökumətinin rəhbəri seçilmişdi.

Mənbə: eastnews.org