ABŞ Minsk formatında olmayacaq - Keçmiş səfir

ABŞ Minsk formatında olmayacaq - Keçmiş səfir

ABŞ Donbasa dair Minsk formatında iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst deyib.
Keçmiş səfir ABŞ-ın Minsk danışıqlarında iştirakına Almaniya və Fransanın da qarşı olduğunu qeyd edib:
"Mənim fikrimcə, bu, Ukrayna üçün faciə deyil, bu format problemin həllinə yardım etmədi. Bunun səbəbi odur ki, Rusiya hələ də Donbasdakı qoşunlarını geri çəkməyə hazır deyil. O gün gələndə Rusiya ABŞ-la danışacaq, çünki Amerikanın bu məsələdə əsas rol oynadığını başa düşür. Minsk formatı yalnız bir səbəbə görə vacibdir: bununla əlaqədar Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiq edir və bu da Ukrayna üçün faydalıdır".

Mənbə: teref.az