Prezident: Taliban Əl-Qaidə ilə sıx əlaqədədir

Prezident: Taliban Əl-Qaidə ilə sıx əlaqədədir

Taliban hərəkatı Əl-Qaidə terror şəbəkəsi ilə yanaşı Ləşkər-e-Taiba və Ceyş-e-Məhəmməd terror qrupları ilə dərin əlaqələr saxlayır.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qani məlumat verib.

Onun sözlərinə görə, Taliban Əfqanıstanı qiyamçıların sığınacağına çevirmək niyyətindədir:

"Taliban tərəfindən aparılan müharibənin dini və ya milli əsasları yoxdur. Taliban Əfqanıstanı hər cür qiyamçı sığınacağına çevirmək istəyir. Hökumət buna heç vaxt icazə verməz. Məqsədimiz Əfqanıstanı və onun azadlığını, son 20 ildə qazandığı uğurları qorumaqdır. Ədalətli və davamlı bir barışıq yaratmaq istəyimiz var".

Mənbə: axar.az