Bölgəyə sülh gətirəcək dəhliz - VİDEO

Bölgəyə sülh gətirəcək dəhliz - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfərinin əhəmiyyətli tərəflərindən biri 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs barədə bəyanatın icra vəziyyətinin müzakirəsidir.

Azərbaycan Prezidenti Moskva görüşündə də rəsmi Bakının ənənəvi və dəyişməz mövqeyini bir daha vurğuladı. Azərbaycan qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir.

Lakin Ermənistanın davranışları onun postmüsahibə dövrünü ağrısız yaşamaq istəmədiyini göstərir. Dövlət sərhədinin ayrı-ayrı hissələrindəki təxribatlar da İrəvanın yeni problem axtarışında olduğunu göstərir. Təbii ki, bu, Ermənistan hakimiyyətinin müstəqil qərarı deyil.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də azərbaycanlı həmkarı ilə görüşdə bəyan etdi ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır.

 

Mənbə: www.realtv.az