ABŞ yenə Türkiyəni sanksiyalarla hədələdi

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland Ankaranın Rusiyadan böyük silah sistemləri və hərbi texnika almağa davam edəcəyi təqdirdə ABŞ-ın Türkiyəyə əlavə birtərəfli sanksiyalar tətbiq edəcəyini söyləyib.

Axar.az xəbər verir ki, o, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmə zamanı bildirib.

"Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın almasına etiraza davam edirik. Rusiyadan hər hansı bir yeni böyük silah alışı CAATSA çərçivəsində əlavə sanksiyalara səbəb olacağını açıq şəkildə bildiririk", - deyə qeyd edib.

Xatırladaq ki, Rusiya yaxın aylarda Türkiyəyə növbəti partiya S-400 vermək üçün layihə təqdim etmək niyyətini açıqlayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda qırmızı işıq qəzası - FOTO

SONRAKI XƏBƏR

Hakerlər dünyanın ən böyük neft şirkətlərindən birindən girov tələb ediblər