Rusiya bu ərazidən NATO-ya zərbə endirəcək

Rusiya və NATO arasında mümkün qarşıdurmada Kalininqrad bölgəsindən atılacaq uzaqmənzilli raketlər ittifaqa batırılan ağrılı bir tikana çevriləcək.

Axar.az xəbər verir ki, bu barədə amerikalı hərbi mütəxəssis Sebastian Roblinin "19FortyFive" portalında qələmə aldığı məqalədə deyilir.

Materialda Baltikyanı ölkələrin nəzəri olaraq Rusiya ilə Şimali Atlantika İttifaqı arasındakı müharibənin səbəb ola biləcəyi ifadə edilir.

Məqalə müəllifinə görə, bu ssenaridə Rusiyanın ən qərb bölgəsində quraşdırılmış raket sistemləri hava, dəniz və quru qüvvələrinin Polşa və Litva üzərindən hərəkətinə mane olacaq:

"Rus kəşfiyyat radarları NATO qüvvələri üçün də problem olacaq, çünki yerləşmələri onlara düşmənin gələcək hərəkətlərini ortaya qoya biləcək strateji əhəmiyyətli kəşfiyyat məlumatları toplayacaq".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakının əsas yollarında tıxac yaranıb

SONRAKI XƏBƏR

Məşhur cütlükdən qəribə addım - Qızları üçün yuxu müəllimi tutdular