Lukaşenko Putindən danışdı: Mübahisə də edirik

Lukaşenko Putindən danışdı: Mübahisə də edirik

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə müzakirələrdə əsas diqqətin iki ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldiyini bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə "Sky News - Arabya"ya verdiyi müsahibədə danışıb.

Lukaşenko Putinlə münasibətlərin dostluq xüsusiyyətini qeyd edib:

"Biz onunla çox yaxşı, yaxın münasibətlər qurduq. Bir-birimizi başa düşürük. Dövlətlərimizin vahid müdafiəsi var. Bir-birimizə şikayətlərimiz və müəyyən mövzularda mübahisələrimiz var, amma heç keçmədiyimiz qırmızı xətlər də mövcuddur. Belarus və Rusiyanın müdafiəsi, təhlükəsizliyi müqəddəs bir məsələdir".

Mənbə: axar.az