Rusiyanın ekspert “ağır artilleriyaları” artıq bir neçə gündür ki, Vaşinqton və Parisin Qafqaz “blits-kriq”i haqqında həyəcan səsləndirir ki, bunun da hədəfi regionda Rusiyanın mövqeyinin məhdudlaşdırılması və zərərsizləşdirilməsidir.
Hələ bir neçə ay əvvəl yazırdıq ki, Fransa Cənubi Qafqaz regionunda prinsipcə yeni rol iddiası təqdim edir, bunun “dayaq məntəqəsi” Ermənistan olacaq, bu, artıq müharibə günlərindən, üstəlik də müharibədən sonrakı dövrdə kifayət qədər konkret və obyektiv erməniyönümlü mövqelərin təzahür edilməsi ilə ifadə olunurdu.
Fransa yeni rol iddiasını ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı şəkildə razılaşdırılmış məntiqlə təqdim edir, çünki Paris Rusiya və Türkiyə arasında qarşılıqlı münasibət və çoxqatlı ziddiyət halından asılı olmayaraq ABŞ-ın aktiv iştirakı və ya dəstəyi olmadan obyektiv olaraq Qafqazda müharibədə ilə təsdiq edilmiş rus-türk ittifaqını yarmağa qadir deyil.
Bu yaxınlarda ABŞ dövlət katibi Blinken və Fransa Xarici İşlər naziri Lö Drian Qarabağ məsləsini müzakirə etdilər. Vaşinqton və Paris açıq şəkildə ilk növbədə Rusiyaya təqdim ediləcək təkliflər üzərində işləyirlər. Onlar bir tərəfdən, Avropa İttifaqının Ermənistan və Gürcüstana təxminən 8 milyard avroluq yardım paketi şəklində strateji qətiyyətlərini nümayiş etdirirlər. Digər tərəfdən, Moskva Türkiyəni deyil, Vaşinqtonu və Parisi Qafqazın əsas tərəfdaşı hesab etməyə hazırdırsa, Rusiya ilə bu gündəmdə bir razılığa gəlməyə hazır olduqlarını bildirirlər. Burada bütün məsələ budur ki, Rusiya beləliklə iki seçimlə qarşılaşır.
İlk növbədə Moskvadan əsasən Qafqazla bağlı böyük dövlət komplekslərindən imtina etməyi, regionda Vaşinqton və Parislə birgə yeni rol imkanını nəzərdən keçirməyi, Ankaraya ilə deyil, onlarla kompromisə getməyi tələb edirlər. Digər variant odur ki, Moskva “qürurlu böyük dövlətçilik” mövqeyindən Qafqazdakı rolunu Vaşinqton və Parislə razılaşma əsasında yenidən dəyişmək imkanı rədd edəcək.
Ordu.az
Mənbə: ednews.net