Caliber: Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı

Caliber: Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı

Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub.

Caliber.az sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, saat 16:00 radələrində Kəlbəcərdə yerləşən postumuza 2 mülkü avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərimizlə dialoqa giriblər. Onlar gedəndən az sonra postumuza atəş açılıb, və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.

Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.

Mənbə: www.oxu.az