Ümid edirik ki, bütün ölkələr bu prosesdə iştirak edəcək - BMT

Ümid edirik ki, bütün ölkələr bu prosesdə iştirak edəcək - BMT

BMT Çin və digər ölkələrdən ÜST-ün COVİD-19-un mənşəyi ilə bağlı istintaqında əməkdaşlıq etməyi xahiş edir.

Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Farhan Hak danışıb.

"ÜST bu prosesə rəhbərlik edir və bu istintaqın necə aparılmasından cavabdehdir. Bütün üzv ölkələri ÜST-lə əməkdaşlığa çağırırıq. Əgər ÜST əlavə araşdırmaya ehtiyac duysa, ümid edirik ki, bütün ölkələr əməkdaşlıq edəcək", - Hak qeyd edib.

Mənbə: axar.az