Putinin əsas rəqibi seçkiyə buraxılmadı

Putinin əsas rəqibi seçkiyə buraxılmadı

Rusiya Mərkəzi Seçki Komissiyası Kommunist Partiyasının nümayəndəsi Pavel Qrudinini Duma seçkisinə buraxmayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat MSK-nın hesabatında yer alıb. Qrudininin xarici və yerli banklarda seçkiyə qədər nağd pul vəsaiti saxlamaması gərəkdiyi, amma onun bu tələbi pozduğu bildirilib.

Qeyd edək ki, Qrudinin Kommunist Partiyasının seçkidə əsas silahı olub. O, son prezident seçkisində Rusiya Prezidenti Vladimir Putinin əsas rəqibi idi.

Mənbə: axar.az