Ermənilərə göz dağı - VİDEO

Ermənilərə göz dağı - VİDEO

Son günlər Azərbaycan-Ermənistan sərhədində xoşagəlməz hadisələrin baş verməsi bir daha onu göstərir ki, qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirən Ermənistan, bu yolla dünya dövlətlərinin diqqətini bölgəyə cəlb etməyə çalışır. Digər tərəfdən, heç də təsadüfi deyil ki, müharibənin başa çatdığı, münaqişənin isə tarixə qovuşduğu bir vaxtda Ermənistan sərhəddə təxribatlar törətməklə, delimitasiya və demarkasiya prosesinə mane olmaqla yanaşı, həm də ölkəmizi cavab addımları atmağa vadar etmək məqsədi güdür. Ermənistana havadarlıq edən bəzi qüvvələr bölgədə yaranan yeni reallıqla barışmaq əvəzinə, regionda vəziyyətin yenidən gərginləşməsinə maraq göstərirlər.

Heç şübhəsiz, bu cür təxribatlar davam edəcəyi təqdirdə, Azərbaycan təhlükəsizliyi nöqteyi-nəzərindən antiterror əməliyyatı keçirməyə məcburdur.

Qeyd edək ki, ötən gün ordumuzun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində mövqelərinin atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

REAL

 

Mənbə: www.realtv.az