Azərbaycan Ordusu Zəngəzurdadır?

Ermənistan XİN-i Azərbaycan Prezidentiniə şər atır

Paralel.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mənbuat xidməti "Armenpress" xəbər agentliyinin sualına cavab verərkən Azərbaycan Prezidentinə şər ataraq deyib: "Prezident son müsahibəsində Azərbaycan qoşunlarının Ermənistan Respublikası ərazisində olması faktını "Zəngəzur bizim dədə-baba torpağımızdır".deməklə təsdiqlədi".
Əslində isə Azərbaycan Prezidenti İlham Əliyev həmişə tarixi həqiqətlərdən danışarkən yalnız Zəngəzur deyil, həm də Ermənistan dövlətinin indiki paytaxtı İrəvan şəhəri belə Azərbaycanın tarixi torpaqları, İrəvan xanlığının mərkəzi olduğunu dəfələrlə dilə gətirib. Lakin ermənilər heç vaxt bu düşüncədə bulunmayıb.
Ermənilərin indiki Ermənistan ərazisində kütləvi məskunlaşması Rusiya ilə İran arasında 1828-ci ildə bağlanan "Türkmənçay sülh məqaviləsi"nədən sonra, çar Rusiyası tərəfindən həyata keçirilib. Hətta, bu barədə Rusiyanın İranda olan o vaxtkı səfiri Qriboyedovun məşhur məktubu da tarixi faktı təsdiqləyir. Prosesin son akordları isə sovet Rusiyasının hegemonluğu ilə Zəngəzurun 1920-ci ildə Ermənistana verilməsi ilə vurulub. Prezident məhz bunu nəzərdə tutduğu halda, Ermənistan XİN-i sözügedən ifadəni Azərbaycan Ordusunun Zəngəzurda olması kimi izah edərək, Azərbaycanın Ermənistana "təcavüz etdiyini" dünyaya çatdırmaq istəyir. Halbuki, Zəngəzur hazırda Ermənistan ordusunun nəzarətindədir, bunu Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyir. Erməni yalanı isə həmişəki kimi asanlıqla ifşa olunur: Azərbaycan Prezidentinin tarixi keçmiş haqqında dediklərini Ermənistan XİNİ bu günə yanmamaq istəyir, buna isə heç kim inanmır. İndi Ermənistana Azərbaycanı dünyaya təcavüzkar kimi tanıtmaq hava-su kimi lazımdır.


Akif Nəsirli

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

"Patı" çəkən avtobus sürücüsü həbs edilib

SONRAKI XƏBƏR

Porsche Cayenne Coupe modelinin yeni versiyasını hazırlayır - VİDEO - FOTO