Britaniyanın səhiyyə naziri koronavirusdan sağalıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Britaniyanın səhiyyə naziri Sajid Javid xəstəlikdən sağalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səhiyyə naziri bu barədə "Twitter"də bildirib.

"COVID-19 analizinin nəticəsi müsbət çıxdıqdan bir həftə sonra tamamilə sağalmışam. Uğurlu peyvəndə görə xəstəliyin simptomları yüngül oldu",- deyə o qeyd edib.

Britaniyanın səhiyyə naziri vətəndaşları peyvənd olunmağa çağırıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin Füzulidə cəsəd axtarışı nəticə vermədi

SONRAKI XƏBƏR

Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb