Bir qrup şəhid ailəsini Şəkidə qonaq etdilər

Şəhid ailələrinin üzvləri üç gün ərzində Şəkidəki “Karvansaray” oteldə qalacaq, rayonun tarixi abidələri və qədim adət-ənənələri ilə tanış olacaqlar.

BAKI, 24 iyul — Sputnik. Şəkidə şəhid ailələri üçün maarifləndirici tur təşkil edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, aksiya Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır. Bu münasibətlə təşkil edilən mərasimdə çıxış edənlər bildiriblər ki, tədbirə ölkənin ayrı-ayrı rayonlarından olan 20 şəhid ailəsi dəvət edilib. Onlar üç gün ərzində Şəkidəki “Karvansaray” oteldə qalacaq, rayonun tarixi abidələri və qədim adət-ənənələri ilə tanış olacaqlar.

Şəkidə şəhid ailələri üçün maarifləndirici tur təşkil edilib Sputnik / Ibrahim HashimovŞəkidə şəhid ailələri üçün maarifləndirici tur təşkil edilib Sputnik / Ibrahim HashimovŞəkidə şəhid ailələri üçün maarifləndirici tur təşkil edilib Sputnik / Ibrahim Hashimov1 / 3Şəkidə şəhid ailələri üçün maarifləndirici tur təşkil edilib

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Məhəmməd Məmmədov vurğulayıb ki, şəhid ailələrinə dəstək xarakterli bu cür aksiyalar daim davam etdiriləcək.

“Şəhid ailələrinə diqqət və qayğı yönündə bu cür maarifləndirici aksiyanın həyata keçirilməsinədə əsas məqsəd şəhid ailələrinə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən görülən uğurlu işlərə İctimai təkan vermək və bu ailələrə mənəvi dəstək olmaqdır. Rəhbərlik etdiyim Birlik şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçılarına ictimai, sosial və mənəvi dəstək yönümlü layihə və tədbirləri gələcəkdə də tez-tez həyata keçirəcək”, - Məhəmməd Məmmədov deyib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Üzüqara getdi... Hər iki mənada - VİDEO

SONRAKI XƏBƏR

Delta virusu bu şəxslərə daha çox TƏSİR EDƏCƏK