Eyni yaşda şəhid olan ata və oğul - hər ikisi 27 yaşında

Eyni yaşda şəhid olan ata və oğul - hər ikisi 27 yaşında

Ermənistan silahlı quldurları üçtərəfli atəşkəs bıyanatının müəyyən etdiyi rejim şərtlərini pozaraq dəqiq vuran silahla Azərbaycan ordusunun giziri Yaqublu Fərman Telman oğlunu şəhid etmişdir.

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində böyüyüb başa çatan şəhid Fərman Telman oğlu Yaqublu bü gün doğma qəsəbə qəbristanlığında torpağa tapşırılıb.

Şəhidin əmisi televiziyaya verdiyi açıqlamada bildirib ki, 27 yaşlı Fərmanın atası Telman da birinci Qarabağ müharibəsində 27 yaşında şəhid düşüb.

Qeyd edək ki, Azərbaycan ordu hissələri şəhid olan Fərman Yaqublunun qisasını almaq məqsədilə dərhal hərbi əməliyyat keçirilib və 3 nəfər erməni zabitini məhv edilib.

Mahir

Mənbə: paralel.az