"Fərat Qalxanı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyada həyata keçirdikləri "Fərat qalxanı" əməliyyatı ərazisində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum törədilib.

Trend-in Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində iki Türkiyə Ordusunun hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Bildirilir ki, terror aktı Hələb əyaləti yaxınlığında baş verib və PKK/YPG tərəfindən törədilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Estoniyada yeni məhdudiyyətlər tətbiq edilib

SONRAKI XƏBƏR

Halil Sezai: "Tam döymə bilmədim, gələn səfərə"