Əfqanıstanda komendant saatı tətbiq edilib

Əfqanıstanda komendant saatı tətbiq edilib

Əfqanıstan hakimiyyəti ölkənin 34 əyalətindən 31-də “Taliban” qruplaşmasının gecə hərəkətinin qarşısını almaq məqsədilə komendant saatı tətbiq edib.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, “Taliban”ın “fəaliyyətini məhdudlaşdırmaq” üçün komendant saatı yeri vaxtla 22.00-dan 04.00-dək tətbiq edilir.

Bildirilib ki, Kabul, Nanqəhar və Pənceşir əyalətlərində bu rejimin tətbiqi nəzərdə tutulmayıb.

Bu ayın əvvəlində ABŞ əsgərləri, ABŞ-ın Əfqanıstandakı əməliyyat mərkəzi olan Bagram hava limanını tərk edib.

“Taliban” qüvvələrinin ölkəni altı ay ərzində nəzarətə götürə biləcəyi bildirilir.

Mənbə: www.realtv.az