Avropa İttifaqının analoqunu yaratmaq təklif edildi

Meksika prezidenti Amerika Dövlətləri Təşkilatını tam muxtar, münaqişə tərəflərinin xahiş və razılığı ilə insan haqları və demokratiya məsələlərində vasitəçi olan orqanla dəyişdirməyi istisna etməyib.

BAKI, 25 iyul - Sputnik. Meksika Prezidenti Andres Manuel Lopes Obrador Amerika qitəsindəki beynəlxalq münasibətlər sistemini tənqid edib. Sputnik Azərbaycan -yə istinadən bildirir ki, o, Avropa İttifaqı kimi, yerli reallıqlara və identikliyə bağlı olan regional Latın Amerikası Birliyi yaratmağı təklif edib.

"Superdövlətin rəhbərlərinin istəyi ilə hökumətlərin yıxılması və ya təyin olunması ilə xarakterizə olunan son iki əsrin siyasəti qəbuledilməzdir. Təlqin, müdaxilə, sanksiyalar, təcrid və blokada ilə sağollaşaq. Bunun əvəzinə müdaxilə etməmə, xalqların öz müqəddəratlarını təyinetmə prinsiplərini və mübahisələrin dinc yolla həll edilməsini qəbul edək. Gəlin öz qitəmizdə münasibətləri millətlərin başqa xalqların bədbəxtliyindən istifadə etməməli olduğu haqda Corc Vaşinqtonun tövsiyəsi ilə quraq. Anlayıram ki, çətin məsələdir, yeni siyasi və iqtisadi baxış tələb edir", - Latın Amerikası və Karib Dövlətlərinin (Selak) XİN rəhbərlərinin önündə çıxış edən Lopes Obrador söyləyib.

Qitədə uğurliu inteqrasiya nümunəsi kimi Lopes Obrador Meksikanın suverenitetinin təsdiq olunması şərtilə Meksika, Kanada və ABŞ-ın ticari-iqtisadi müqaviləsini, Çinlə əlaqələrin inkişafını qeyd edərək vurğulayıb ki, Meksikanın təcrübəsi regional inteqrasiya proseslərində faydalı olacaq.

"Təklif edirəm ki, nə artıq, nə əskik - Avropa İttifaqı kimi bir birlik yaradaq, ancaq o, bizim tariximiz, reallıqlarımız və identikliyimizlə bağlı olsun. Bu baxımdan Amerika Dövlətləri Təşkilatını tam muxtar, kiminsə nökəri deyil, münaqişə tərəflərinin xahiş və razılığı ilə insan haqları və demokratiya məsələlərində vasitəçi olan orqanla dəyişdirməyi istisna etmək lazım deyil", - Meksika prezidenti deyib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Sibel Can pandemiyada nələr yaşadı?

SONRAKI XƏBƏR

Pavel Nedved Ronaldunun gələcəyi haqda nə dedi?