Almaniyalı jurnalistlər Qarabağda ekoloji terror haqda REPORTAJ hazırladılar - VİDEO

“TRT Deutsch” alman izləyiçilərinə ermənilərin Qarabağda törətdikləri ekoloji terror haqqında danışıb.

Oxu.Az xəbər verir ki, bunun üçün Almaniyadan gələn çəkiliş qrupu Zəngilana səfər edib.

Oxçuçayın çirklənməsini öz gözləri ilə görən avropalı jurnalistlər bu barədə araşdırma aparıblar. Onlar Ermənistanın dağ-mədən sənayəsinin tullantılarının çaya axıdıldığını, bunun nəticəsində balıqların və digər canlıların məhv olduğunu bildiriblər.

Reportajdan bəlli olur ki, Oxçuçayın çirklənməsində Almaniyanın Karlsrue şəhərindən olan və Ermənistanda çalışan “Kronimet” holdinqinin də əli var.

Videoda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdirinin müavini Raqub Mirzəyevin Oxçuçayın çirklənməsinə dair və bölgədəki "ekoloji terror" haqqında fikirləri də yer alıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Gürcülərin Bolqarıstana səfərinə qadağa qoyuldu

SONRAKI XƏBƏR

ABŞ-dan Çinə mesaj: Yeni sanksiya...