Şəhidimizə görə cavab zərbəsi: 11 erməni əsgər məhv edildi

Şəhidimizə görə cavab zərbəsi: 11 erməni əsgər məhv edildi

İyulun 23-də Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində Ordumuzun mövqelərini Basarkeçərdən atəşə tutan və bir əsgərimizi – Fərman Yaqublunu şəhid edən ermənilərə Azərbaycan əsgərlərinin cavab zərbəsinin nəticələri haqda müxtəlif faktlar səsləndirilir.

Axar.az xəbər verir ki, Ermənistan MN rəsmi olaraq Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində 3 erməni əsgərin yaralandığını bildirib. Ötən gün adları açıqlanan yaralılardan birinin ayağının ambutasiya olunduğu, digərinin isə komada olduğu qeyd edilib.

Ötən gün Arazdəyəndə 35 yaşlı zabit Arsen Mirzoyanın “Jiquli” maşını ilə səhər saatlarında (05-30-da) qəzaya düşərək ölməsi isə ehtimallara yol açıb. Bəzi sosial şəbəkə istifadəçiləri əslində onun döyüşdə öldüyünü, erməni rəsmilərinin faktı gizlətdiyini iddia edir.

Rusiyalı tanınmış hərbi ekspert Oleq Kuznetsov isə 23 iyulda Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində 11 erməninin məhv edildiyini bildirib. O.Kuznetsov ölən 11 erməninin 7-nin muzdlu, 4-nün həqiqi hərbi xidmətdə olan olduğunu, 7 muzdludan 2-nin yaşının 40-dan çox olduğunu qeyd edib. Əslində, O.Kuznetsov rəsmi mənbəyə istinadla məlumat paylaşıb və olayı şərh edib. Ancaq açıq və əlçatan rəsmi mənbələrdə 11 ölü barədə məlumat yoxdur.

Mənbə: axar.az