ABŞ bu ölkədə işləri bərbad günə saldı - İmran Xan

ABŞ bu ölkədə işləri bərbad günə saldı - İmran Xan

ABŞ öncə Əfqanıstanda hərbi vasitə ilə həll yolu axtardı, daha sonra zəif mövqedə olarkən, Talibanla siyasi kompromisə getməyə çalışdı. Vaşinqton rəhbərliyi həqiqətən Əfqanıstanda bərbad bir vəziyyət yaratdı.

Axar.az xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib.

"Əfqanıstanda siyasi həll üçün uyğun vaxt 150 min NATO əsgərinin bu ölkədə olduğu vaxt idi. NATO hərbçilərin sayını 10 minə endirdikdən sonra Əfqanıstanı tərk edəcəyi vaxtı açıqladı. Taliban isə bunu zəfər qazanması kimi qəbul etdi. Bu səbəbdən Talibanın güzəştə getməsini istəmək çox çətindir. Əfqanıstan üçün ən yaxşı həll yolu tərəfləri əhatə edən siyasi bir razılaşmadır", - Xan qeyd edib.

Mənbə: axar.az