Çavuşoğlu Antalyadakı yanğından danışdı

Çavuşoğlu Antalyadakı yanğından danışdı

Bu axşam Antalyada yanğının nəzarət altına alınacağına ümid edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Yanğında həyatını itirənlərn olmaması sevindiricidir. İnşallah olmaz. Tüstüdən zəhərlənən vətəndaşların səhhəti də yaxşıdır", - Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, bu gün Antalya şəhərinin Manavqat bölgəsində meşəlik ərazidə güclü yanğın başlayıb.

 

Mənbə: axar.az