Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluna Antalyada baş verən yanğınla bağlı başsağlığı verib.

O bu barədə öz “Twitter” hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.

Mənbə: paralel.az