Türkiyə prezidentinin yeni baş müşaviri təyin edilib

Türkiyə prezidentinin yeni baş müşaviri təyin edilib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentinin yeni baş müşavirinin təyin edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, müvafiq sənəd "Resmi Gazete"də dərc olunub.

Fərmana əsasən, yeni baş müşaviri vəzifəsinə Yekta Saraç təyin edilib. O, bundan əvvəl Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.

Mənbə: az.trend.az