Bu, Putinin Avropaya zərərli təsirini gücləndirəcək

Bu, Putinin Avropaya zərərli təsirini gücləndirəcək

Şimal Axını-2 təbii qaz boru kəməri ABŞ-ın, eləcə də müttəfiqlərimizin və tərəfdaşlarımızın milli təhlükəsizlik maraqlarına birbaşa ziyan vurur.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı senatorların ölkənin maliyyə naziri Canet Yellenə göndərilən məktubda yer alıb.

"Layihə tamamlanarsa, bu, Vladimir Putinin Avropaya zərərli təsirini gücləndirəcək, Ukraynanı təhlükə altına alacaq və Rusiyanı daha da təcavüzkar edəcək.

Sizi Şimal Axını-2 ilə bağlı kursunuzu dəyişməyə və Konqresi avropalı müttəfiqlərini və tərəfdaşlarını Rusiyanın zərərli təcavüzündən qorumaq üçün bizə qoşulmağa çağırırıq", - məktubda qeyd olunub.

Məktubu 12 respublikaçı senator imzalayıb.

Mənbə: axar.az