Borrell xəyala qapılır, özünü hipnoz edir - Slutski

Borrell xəyala qapılır, özünü hipnoz edir - Slutski

Sanksiyalar da daxil olmaqla, Qərbin heç bir tədbiri Rusiyanın addımlarına təsir etməyib.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

"Rusiya əleyhinə sanksiyaların təsirli olduğunu elan edən Avropa diplomatiyasının rəhbəri Jozep Borrell özünü hipnoz etməyi dayandırmalıdır. Qərbin heç bir tədbiri xarici siyasətimizə təsir etmir və etməyəcək. Sanksiya siyasəti məqsədinə çatmır. Bu, təsirsiz olduğu anlamına gəlir. Xəyallara qapılmayın", - Slutski qeyd edib.

Mənbə: axar.az