“Görün, siz kimlərlə, hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşüb, həmkarlıq edirsiniz?”

“Görün, siz kimlərlə, hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşüb, həmkarlıq edirsiniz?”

Milli Məclisə deputat “seçilən” Eldəniz Səlimovun Xaçmazda “Starıy dvor” restoranında polisi döyməsi barədə məlumat yayılıb.

Hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib.

Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edərək, onu döyüb. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.

Cibində 5 manata aldığı jurnalist vəsiqəsi gəzdirən hansısa qotur bir nalayiq hərəkət edəndə, deputat korpusu az qala bütün medianı hədəfə alır. Hətta jurnalistikada islahatların vacibliyindən, medianın yararsız sahəyə çevrildiyindən dəm vururlar.

İndi görün, siz kimlərlə, hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşüb, həmkarlıq edirsiniz? Bundan əvvəl deputat Ramil Həsənin etdiyi nalayiq hərəkətə etiraz edən deputat gördünüzmü?

Son parlamentə təyin edilənlər arasında Eldəniz, Ramil əxlaqında olan deputatlar az deyil. Heyif o statusa ki, belələri daşıyır…

Məhəmmədəli Qəribli

Mənbə: pravda.az