Namibiya İsrailin Afrika İttifaqına qoşulmasına etiraz etdi

Namibiya İsrailin Afrika İttifaqına qoşulmasına etiraz etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Namibiya İsrailin Afrika İttifaqına müşahidəçi üzv kimi qəbul edilməsi qərarına etiraz edib.

İsrailə müşahidəçi statusu verilməsi qərarının Namibiya hökuməti tərəfindən dərin narahatlıq və məyusluqla qarşılandığı bildirilib.

İsrailə verilən bu statusun Afrika İttifaqı ölkələrinin Fələstin iddiasını dəstəkləməsindəki sərt və qətiyyətli mövqeyinə də zidd olduğu vurğulanaraq, Namibiyanın İsrail-Fələstin məsələsində iki dövlətli həllin tərəfdarı olduğu xatırladılıb.

Mənbə: eastnews.org