Ermənistan 66 əsgər itirdi

Ermənistan 66 əsgər itirdi

10 noyabr 2020-ci ildə kapitulyasiyaya imza atdıqdan və döyüşlərin dayandırılmasından keçən müddət ərzində Ermənistan ordusunun ən azı 66 əsgəri ölüb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, onlardan 24 nəfəri döyüş şəraitində ölüb və yaxud minaya düşüb. 42 əsgər isə qeyri-döyüş şəraitində olan itkidir – bura qəza, intihar, silahla ehtiyatsız davranma və yaxud daxili qarşıdurma zamanı silahdan istifadə etmə (qətl) daxildir.

11 noyabr 2020-ci ildən bu vaxta qədər 3 əsgər itkin düşüb. Onlardan biri 18 mayda hərbi hissədən qaçıb. Digər iki nəfər isə 14 iyulda yoxa çıxıb və onların axtarışları nəticə verməyib.

Mənbə: axar.az