Fələstin prezidenti Rusiyaya səfərə hazırlaşır

Fələstin prezidenti Rusiyaya səfərə hazırlaşır

Fələstin Prezidenti Mahmud Abbas Rusiyaya rəsmi səfərə gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofal “KazanSummit 2021” iqtisadi zirvəsində TASS-a bildirib. Səfərin sentyabrın sonunda baş tutacağı vurğulanıb.
Qeyd edək ki, Mahmud Abbasın Moskvaya sonuncu səfəri 2018-ci ilin iyulunda baş tutmuşdu.

Mənbə: www.yeniavaz.com