Bir borunun "GÜCÜ": Bayden Zelenskini Putinlə razılığa gətirir

ABŞ və Almaniya "Şimal axını 2" ilə bağlı razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə ətraflı məqalə hazırlayan məşhur "Lenta.ru" yazır ki, onların birgə bəyannaməsi qanuni bir sənəd deyil və heç kəsi, heç bir şeyə bağlamır. Lakin razılıq Vaşinqtonun sanksiya siyasətindən imtina etdiyini və qaz kəmərinin onsuz da tamamlanacağını açıq şəkildə göstərir.

Qeyd edək ki, bu bəyanat Kiyevdə gözlənilən fırtınalı reaksiyaya səbəb oldu. Ukraynanın Naftoqaz şirkətinin rəhbəri hətta Rusiyanın layihəni işə salacağı təqdirdə Avropa üçün genişmiqyaslı müharibə olacağını proqnozlaşdırıb. Kimin kimlə "döyüşəcəyi" dəqiqləşdirməyib, amma hər halda Ukrayna buna qatıla bilməyəcək. "Lenta.ru" yazır ki, Prezident Vladimir Zelenskinin dediyinə görə, Şimal axını 2-nin istifadəyə verilməsindən sonra ölkə öz ordusuna dəstək verə bilməyəcək. Berlin və Vaşinqton arasındakı razılaşmalar həqiqətən də Kiyev üçün kritik nəticələrə səbəb olacaq və böyük ehtimalla Ukrayna hakimiyyətini Rusiya ilə münasibətlərə yenidən baxmağa məcbur edəcək. Qeyd olunur ki, söhbət təkcə iqtisadi fəlakətdən getmir.

"Politico" mənbələrinə görə, Ağ Ev rəsmiləri Ukrayna hakimiyyətinə Almaniya ilə müqaviləni açıq şəkildə tənqid etməkdən çəkinməyi tövsiyə edib. Çünki bu cür tənqidlər Vaşinqtonla Kiyev arasındakı münasibətlərə xələl gətirə biləcəyinə işarədir. Nəşr yazır ki, Ukrayna üçün Şimal axını 2-nin işə salınması həm də böyük itkilər deməkdir. 2015-ci ildə onların həcmi illik 2 milyard dollar olaraq qiymətləndirilib. Altı il sonra Zelenski bu məbləği 3 milyard olaraq qeyd edib. Rusiyanın tədarükünü diversifikasiya etdikdən sonra tranzitin davam edib-etməyəcəyi məsələsi açıq qalır. Qeyd edək ki, Qazpromun Ukraynanın Naftoqaz şirkəti ilə bağladığı qaz müqaviləsi 2024-cü ilə qədər etibarlıdır və minimum tranzit həcmini nəzərdə tutur. Ekspertlər qeyd edir ki, ABŞ və Almaniya arasındakı razılaşma gələcəkdə Ukraynaya təzyiqlərin artmasına, o cümlədən Donbas böhranının həlli üçün sülh danışıqlarının aparılmasına səbəb ola biləcək. Bu məcburiyyət çox ağrılı olacaq, çünki Donbas mövzusu və Ukrayna hakimiyyəti üçün "rus işğalçıları"na qarşı mübarizədə xalqı etiraz əhvalından yayındırmağın yeganə yoludur.

Gülbəniz Hüseynli 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Avstraliyada TAM QAPANMA tətbiq edilir

SONRAKI XƏBƏR

Arye Qut “Qarabağ”ı ziyarət etdi - FOTO