Rusiya parçalanır, torpaqlarımızı geri almalıyıq! - Mnatsakanyan

Yaxın gələcəkdə Rusiyanı qaçılmaz tənəzzül gözləyir. Biz münasib anı gözləməli və ruslardan ermənilərə aid hər şeyi götürməliyik.

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Ramella Mnatsakanyan bildirib.

“Rusiya klassik “baş tutmayan” dövlətə çevrilir. Vladimir Putin üçün geriyə sayım başladı. Artıq yaxın gələcəkdə Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək və bundan sonra Moskvada çox maraqlı hadisələr baş verəcək. Rusiyanı qaçılmaz parçalanma gözləyir. Bu dövlət xəritədən silinəcək. Biz bu dövrdə uyğun vaxtı gözləyib Rusiyadan ermənilərə aid olan bütün torpaqları geri götürməliyik. Bunun üçün bizə demokratik Qərbin köməyi lazım olacaq. Bu proses artıq başlanmışdır…

İrəvan anlayır ki, artıq Rusiya simasında “strateji müttəfiqi” yoxdur. Biz artıq Qərbə doğru yolu seçdik. Bir sözlə, Rusiya ilə bizim yolumuz eyni deyil”, - deyə erməni ekspert qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan gözəlinin qızı İsveçrədə nişanlandı - FOTO

SONRAKI XƏBƏR

Qarabağın bütün yaşayış məntəqələrinin ümumi planı hazırlanacaq