Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

"Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Dualarımız Sizinlədir" - məktubda deyilir.

Mənbə: report.az