BMT Heratdakı ofisinə hücumu pisləyib

BMT Heratdakı ofisinə hücumu pisləyib

BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) Herat şəhərindəki ofisinə hücumu pisləyib.

“Report” qurumun saytına istinadən xəbər verir ki, məlumatda BMT-ni hədəf alan bu hücumun acınacaqlı hal olduğu qeyd edilib.

BMT Baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi Deborah Layons bildirib ki, qurumun əməkdaşları hadisədə zərər çəkməyib, hazırda bununla bağlı bütün tərəflərlə müzakirələr aparılır.

O, hücumu törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.

Mənbə: report.az