Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin olunub

Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin olunub

Ukrayna Silahlı Qüvvələrinin tibbi qüvvələr komandanı vəzifəsinə Tatyana Ostaşenko təyin olunub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri Andriy Taran bu barədə məlumat verib və tarixdə ilk dəfə ölkə ordusunda bir qadının komandan təyin olunduğunu qeyd edib.

“Yeni sistemə əsaslanan silahlı qüvvələr yaradılması istiqamətində irəliləyirik. NATO prinsiplərinə uyğun aparılan islahatlar sayəsində artıq qadınlar da kişilərlə bərabər hərbi xidmət etmək imkanı qazanıblar” – deyə nazir vurğulayıb.

Mənbə: report.az