Fransada kütləvi nümayişlər başlayıb

Fransada kütləvi nümayişlər başlayıb

Koronavirus infeksiyasına qarşı məcburi peyvəndin əleyhinə olan Fransa vətəndaşları etiraz aksiyalarına başlayıb. Azvision.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Parisdə dörd yerdə etiraz yürüşü başlayıb. Şəhər sakinləri yürüşə Vilye metro stansiyasında başlayıb Bastiliya istiqamətinə doğru hərəkət ediblər. Sonra isə onlar Yelisey sarayının yanından keçməlidirlər. Yelisey ətrafına 3 mindən çox polis və jandarm nəzarət edir.

Daha iki yürüş Luvr bölgəsindən başlayacaq və etirzçılar Fransanın Sosial Məsələlər və Səhiyyə Nazirliyinin binasına doğru gedəcək. Dördüncü nümayişin təşkilatçısı "Patriot" partiyasının rəhbəridir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə 31 iyul şənbə günü 160 minə qədər adam küçələrinə çıxacağı gözlənilir.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron koronavirusa qarşı peyvənd sertfikatı tələb olunann yerlərin siyahısını genişləndiyini açıqlayıb. Həmçinin, o bəzi kateqoriyadan olan insanların mütləq peyvənd ediləcəyi barədə xəbərdarlıq edib. Bununla əlaqədar olaraq minlərlə fransız etiraz aksiyası keçirdi.

Pərvanə Sultanova


 

Mənbə: azvision.az