Azərbaycan Türkiyəyə daha 53 texnika göndərir

Azərbaycan Türkiyəyə daha 53 texnika göndərir

“Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün texnikalar göndərib”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Bu gün bizim ikinci mərhələyə aid olan 53 texnika Türkiyəyə yola salınır. Onların içərisində 5 xüsusi riskli xilasetmə xidmətinin xüsusi təyinatlı avtomobili və digərləri isə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikalarıdır. Bunlar iki sutka ərzində yol gedəcəklər və Marmarisə çatıb bizimkilərə qoşulacaqlar" - deyə nazir müavini bildirib.

Mənbə: report.az