İran Türkiyəyə dəstək verməyə hazırdır - Səfir

İran Türkiyəyə dəstək verməyə hazırdır -  Səfir

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi türkiyəli həmkarı Cahit Bağçı ilə telefonda danışıb. Azvision.az xəbər verir ki, bu barədə iranlı diplomat Tvitterdə yazıb.

“Bu gün dost və qardaş ölkə Türkiyənin Azərbaycan Respublikasındakı səfiri qardaşım Cahit Bağcı ilə telefonla əlaqə saxlayıb kədərimi onunla, Türkiyə dövləti və xalqı ilə paylaşdım. Yanğının qarşısını almaq məqsədi ilə İranın Türkiyəyə dəstək verməyə hazır olduğunu bildirdim”, - səfir vurğulayıb.

Xatırladaq ki, iyulun 28-dən başlayaraq Türkiyəni meşə yanğınları bürüyüb. Hələ ki, yanğınları nəzarət altına almaq mümkün olmayıb.

Pərvanə Sultanova

Mənbə: azvision.az