Rusiyadan Ukraynaya nota

Rusiyadan Ukraynaya nota

Rusiya Ukraynaya nota verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda Kiyevdən beynəlxalq öhdəliklərini - müharibə abidələrinin qorunması və mühafizəsi ilə bağlı milli qanunvericilik normalarını yerinə yetirməsi tələb olunub:

"Ukrayna səlahiyyətlilərinin sovet əsgərlərinin abidələrini sökmək və əsgərlərin faşizmlə mübarizədəki qəhrəmanlığının xatirəsini silmək kursunu qəti şəkildə qınayırıq".

Mənbə: axar.az