Pul yox, təhlükəsizlik yox, burada həyat yoxdur - Qəddafinin oğlu

Pul yox, təhlükəsizlik yox, burada həyat yoxdur -  Qəddafinin oğlu

Mərhum Liviya lideri Müəmmər Qəddafinin oğlu Saif əl-İslam hazırda atasının Yaşıllar Hərəkatının siyasi qüvvələrini yenidən səfərbər edir.

Pravda.az xəbər verir ki, bu barədə o, "New York Times" qəzetinə müsahibəsində bildirib.

O, prezidentliyə namizəd olub-olmadığını gizli saxlasa da, amma inanır ki, hərəkatı ölkənin itirilmiş birliyini bərpa edə bilər.

Saif əl-İslam bir müddət üsyançıların əsirliyində qaldığını, ancaq sonra müttəfiq olaraq faydalı ola biləcəyinə inandıqdan sonra onu sərbəst buraxdıqlarını söyləyib. Eks-prezidentin oğlu hesab edir ki, Liviya hazırda çöküb.

"Pul yox, təhlükəsizlik yoxdur. Burada həyat yoxdur. Yanacaqdoldurma məntəqəsinə gedin - benzin yoxdur. İtaliyaya neft və qaz ixrac edirik - İtaliyanın yarısını təmin edirik, amma burada elektrik enerjisi tapmırıq. Bu, böyük bir bədbəxtlikdir”- deyə o bildirib.

Mənbə: pravda.az